“Beynəlxalq Bank işi” ilə bağlı tutulan daha iki iş adamı azadlıqda

1-06-2016, 16:40           

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin işi ilə bağlı həbs edilmiş daha iki iş adamı azadlığa buraxılıb.

teref.az-nun APA-ya istinadən verdiyi məlumatına görə, bankdan kredit götürərək qaytarmamaqda təqsirləndirilən iş adamları Elxan Cavad və Cavid Muxtarov Nərimanov rayon Məhkəməsinin qərarı ilə bu gün həbsdən azad edilib.

Qeyd edək ki, ötən gün “Beynəlxalq Bank işi” ilə bağlı tutulanlardan daha bir neçə nəfər azadlığa buraxılıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, “General Construction” şirkətlər qrupuna daxil olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyevin barələrində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.