Bakıda "Bosch" mağazasının satıcısı həbs olunub

18-05-2015, 22:33           
Bakıda "Bosch" mağazasının satıcısı həbs olunub
Bakıda "Bosch" mağazasında satıcı vəzifəsində çalışan şəxs həbs olunub. "Report" xəbər verir ki, Masallı rayon sakini 26 yaşlı Əliyev Burhan Nurəddin oğlu qəza şəraiti yaratmaqla manevr qaydalarını pozub. O, DYP əməkdaşının "Saxla" əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa çalışıb. Lakin DYP əməkdaşları tərəfində saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsinə (PB) gətirilib.
B.Əliyev məhkəmənin qərarı ilə 20 gün həbs edilib və DİN-in İnzibati qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində saxlanılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.