Putin: "İl-76"nı vuran raketlər Ukrayna ərazisindən buraxılıb”

27-01-2024, 10:08           
Putin: "İl-76"nı vuran raketlər Ukrayna ərazisindən buraxılıb”
Əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini daşıyan "İl-76" təyyarəsini vuran raketlər Ukrayna ərazisindən buraxılıb.

“Report” xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.

Xatırladaq ki, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 75 nəfərin hamısı ölüb. Təyyarədə ukraynalı hərbi əsirlərin olduğu iddia edilir. Rəsmi Kiyev hələ ki məlumatı təsdiqləməyib. Həm Moskva, həm də Kiyev hadisə ilə bağlı beynəlxalq araşdırmanın başlanmasını tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru