400 manatın badına getdi - Azərbaycanda dəhşətli qətl - FOTO

3-11-2024, 09:54           
400 manatın badına getdi - Azərbaycanda dəhşətli qətl - FOTO
Gəncədə 44 yaşlı kişinin qətlə yetirilməsinin bəzi detalları məlum olub.

APA xəbər verir ki, qətlə yetirilən 1971-ci il təvəllüdlü Şəmistan Süleymanov şəhərin Totanlı küçəsində fəhlə işləyən qohumu Nəsimi Mustafayevin yanına gələrək borcunu istəyib.

Onların arasında dava baş verib. Mübahisə zamanı Mustafayev Süleymanova kəsici alətlə bir neçə zərbə endirib.

Ş. Süleymanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Totanlı küçəsi, 6-cı döngə, ev 13 də (yeni məhlələr) adlanan ərazidə qeydə alınan hadisənin 400 manat borc üstündə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru