Bakıda avtobus qəzası: 4 ölü

13-04-2015, 00:18           

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Zabrat-Maştağa yolunda 105 saylı marşrut xəttində işləyən avtobusla minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 4 nəfərin öldüyü bildirilir. Fövqəladə Hallar Hazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları və Təcili Tibbi Yardımın hadisə yerinə gəlib. Hadisə barədə əlavə məlumat veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.