Azərbaycanda dələduzluqda təqsirləndirilən 22 yaşlı şəxs İnterpol xətti ilə axtarışa verilib.
Trend-in məlumatına görə, 1995-ci il təvəllüdlü Qalib Bayramov məhkəmə istintaqından yayınıb.
Azərbaycanın məhkəmə orqanı Q.Bayramov barəsində istintaqdan yayındığı üçün həbs qətimkan tədbiri seçib və onun axtarışa verilməsi barədə qərar çıxarıb.
Həmin qərar əsasında da İnterpol Q.Bayramovu axtarışa verib.