Mərhum xalq artistinin qızı: "Atam öləndən sonra qohumları sildik"

25-08-2017, 13:53           

Mərhum xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı atasının ölümündən sonra qohumları ilə əlaqələrini kəsdiyini bildirib. UlduzumSan.Az-ın məlumatına görə, “APA TV”nin “Show time” verilişinə qonaq olan xalq artistinin qızı bu sözləri vurğulayıb:

“Mənim üçün bu həyatda bir anam, bir bacım və onun qızıdır. Bizim ailə bundan ibarətdir. Bu günə qədər heç bir qohum qapısı açmamışam. Atamın sağlığında hamısı başımızın üstündə idi. Atam dünyasını dəyişəndən sonra qohumları və dostları da gördüm. Bu gün mənim qazandığım uğurlara yadlar daha çox sevinir. Qohumlar yox. Allah öz ruzimizi özümüzə yetirsin, heç kimə möhtac olmayaq”.
[media=https://www.youtube.com/watch?v=y33SvyQddvw]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru