KXDR eyni vaxtda yaxın mənzilli bir neçə raket buraxıb

26-08-2017, 08:45           
KXDR eyni vaxtda yaxın mənzilli bir neçə raket buraxıb
KXDR eyni vaxtda yaxın mənzilli bir neçə raket buraxıb.
"Report"un məlumatına görə, bu barədə "Renxap" agentliyi Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, raketlər Kanvondo vilayətindən buraxılıb. Raketlər şimal-şərqə 250 kilometr məsafədə uçub.
Cənubi Koreya və ABŞ raketlərin buraxılışı barədə xəbərləri analiz edirlər. Buraxılmış raketlərin ballistik olub-olmaması hələlik təsdiqlənmir.
Bundan əvvəl isə mətbuat ballistik raketin buraxılması barədə məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru