Bakıda evə gec gələn qadın əri tərəfindən bıçaqlanıb 9-02-2018, 09:38 Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.“Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Piriyeva Səbinə Valeh qızı kirayə yaşadığı evdə əri ilə mübahisə edib.Əri ona evə gec gəldiyi üçün iradını bildirib. Mübahisə zəminində S.Piriyeva bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb. Facebook-da paylaş