Bakıda müdhiş cinayət: - “Ayıq sürücü” müştərinin 10 min manatını oğurladı

9-02-2018, 13:32           
Bakıda müdhiş cinayət: - “Ayıq sürücü” müştərinin 10 min manatını oğurladı
Xətai rayonunda "Ayıq sürücü” xidmətinin sürücüsü oğurluq edib.

teref.az xəbər verir ki, "Ölkə.Az”-ın məlumatına görə, Abdıyev Ramin Məcid oğlu Xətai RPİ-nin 35-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, "Ayıq sürücü” xidmətinin Mayıl adlı sürücüsü onu "Lexus” marakalı avtomobilindən 10 min manat pulunu aparıb. Belə ki, onu evinə gətirib düşürdən sürücü R.Abdıyevin sərxoş olmağından istifadə edərək pul kisəsini götürərək ərazidən uzaqlaşıb.

Faktla bağlı polis bölməsində araşdırmalara başlanılıb. Hazırda həmin sürücünün müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru