Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. AFNLent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində "VAZ 2107" markalı avtomobil yolu keçməyə çalışan qadını vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadın orada vəfat edib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.