Meksikada polis vertolyotu qəzaya uğrayıb

11-02-2018, 11:01           
Meksikada polis vertolyotu qəzaya uğrayıb
Meksika federal polisinin vertolyotu qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə federal polisin rəhbəri Maneliç Kastilya "Twitter"də məlumat yayıb.

O, bildirib ki, hadisə ölkənin qərbində, Halisko ştatında baş verib. Qəzaya səbəb idarəetmə səhvi olub. Bundan əvvəl güman edilirdi ki, vertolyot naqillərə ilişib.

Hadisə zamanı vertolyotun ekipaj heyəti xəsarət alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.