Şok tapıntı: Bu bakteriya qızıl istehsal edir

11-02-2018, 21:47           

"C-metallidurans" bakteriyası üzərində həyata keçirilən araşdırmalar yeni və təəccüblü faktı ortaya çıxarıb.

Qaynarinfo.az xəbər verir ki, bakteriya böyük miqdarda ağır metalın olduğu torpaqlarda yaşayır və bu maddələrlə qidalanaraq həyatına davam edir. Qızıl və digər ağır maddələr canlı orqanizminə daxil olduqda zəhərli, hətta öldürücü təsir göstərə bilər. Lakin "C-metallidurans" ağır metalları həzm edir, özünü zəhərlənməkdən müdafiə məqsədilə bu maddələrin artığını bədənindən xaric edir. Nəticədə, bakteriya maddələrdə olan qızıl atomlarını bir yerə yığaraq qızıl kristalları ifraz edir. Alimlər bu canlının mədən komponentlərini həzm edərək birləşdirməsi prosesi ilə yaxından maraqlanırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru