Karnavalda partlayış: 8 ölü, 40 yaralı 11-02-2018, 22:33 Boliviyanın Oruro şəhərində karnaval zamanı qaz balonunun partlaması nəticəsində 8 nəfər ölüb, 40 nəfər xəsarət alıb.Partlayışa səbəb küçədə fəaliyyət göstərən açıq kafedə qaz balonundan istifadə qaydalarının pozulması olub.Faciə karnaval zamanı, izdihamın hərəkət etdiyi küçədə baş verib. Ölənlər arasında 3 üşağın olduğu bildirilir.Boliviya prezidenti Evo Morales ölənlərin yaxınlarına başsağlığı verib. Facebook-da paylaş