Rusiyanın Zabaykale vilayətinin kənd təsərrüfatı naziri həbs olunub. Vilayətin kənd təsərrüfatı naziri Mixail Kuzminov 2 ay müddətinə həbs edilib. Məlumata görə, o, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Qeyd edək ki, onun adı 2017-ci ildə vilayətdə yay quraqlığı dövründə ayrılan vəsait məsələsində hallanır.