Bu canlı tezliklə dünyanı “istila” edəcək — Avropa qadağa qoydu

14-02-2018, 00:08           
Bu canlı tezliklə dünyanı “istila” edəcək — Avropa qadağa qoydu
Erkəyi olmadan çoxala bilən mutant çay xərçəngi növü sürətlə yayılır.


“Ölkə.Az” xarici KİV-ə istinadən xəbər verir ki, alimlər 30 illik tarixi olan çay xərçəngi növünün mutasiyaya uğrayaraq erkəyi olmadan çoxaldığını kəşf edib. Bu, xallı çay xərçəngi adı ilə tanınan və şirin sularda yaşayan növün DNT-sindəki mutasiya ilə əlaqədardır.

Məsələni araşdıran Dr. Volfqanq Şteyn Kanada dövlət televiziyası CBC-yə verdiyi açıqlamada bildirib ki, 1 dişi xallı çay xərçəngi 3 ay ərzində 200-300 bala verə bilir. On ayağı olan və tatamilə dişilərdən ibarət mutant növ Avropa Birliyi tərəfindən qadağan olunub. Kanadada isə “pet shop”larda və internet üzərindən satılan bu canlının təbiətə buraxılmasının qarşısını almağa çalışırlar.
Bildirək ki, ilk dəfə 1990-cı ildə Almaniyada bir dişi çay xərçəngi əlavə xromosom ardıcıllığı ilə dünyaya gəldi. Erkəyi olmadan çoxala bilən bu növ yüzlərlə yumurta qoydu. Böyük marağa səbəb olan bu canlı evlərdə saxlanmağa başlandı. Lakin sürətlə çoxaldığından sahibləri onları göllərə buraxmaq məcburiyyətində qaldı. Beləliklə mutant çay xərçəngi şirin sularda yayılaraq öz-özünə çoxalmağa davam etdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.