Suriya ordusu İsrail təyyarəsini atəşə tutub 15-02-2018, 08:25 İsrailin kəşfiyyatçı təyyarəsi Dəməşqin 40 kilometrliyində yerləşən Əl Kuneytra rayonunda Suriyanın hava məkanına daxil olub.Trend-in verdiyi xəbərə görə, Suriyanın Hava Hücumundan Müdafiə Qoşunları təyyarəyə atəş açaraq onu ölkə səmasını tərk etməyə məcbur edib.Xatırladaq ki, fevralın 10-da Suriyanın Hava Hücumundan Müdafiə Qoşunları İsrailin raket hücumunu dəf edib. Facebook-da paylaş