Rusiyada evdə yanğın olub, 4 nəfər yanaraq ölüb 15-02-2018, 08:40 Rusiyanın Ulan-Ude şəhərində fərdi evdə yanğın baş verib. APA-nın məlumatına görə, bu barədə Buryatiya Respublikası FHN-nin məlumatında bildirilir. Məlumata görə, hadisə nəticəsində ev tamamilə yanıb, 4 nəfər yanaraq ölüb. Hazırda yanğının səbəblərini müəyyənləşdirmək məqsədilə araşdırma aparılır. Facebook-da paylaş