Astan Şahverdiyev ölkəni tərk edib? - Açıqlama

15-02-2018, 16:56           
Astan Şahverdiyev ölkəni tərk edib? - Açıqlama
Azərbaycandan köçməyimlə bağlı yayılan xəbərlər cəfəngiyyatdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Astan Şahverdiyev deyib.

“Üstəlik, məlumatda mənbə olaraq anamı göstərirlər. Anam 1965-ci ildə, 51 yaşında vəfat edib. Mən onun yeddi övladından altıncısıyam, hazırda 71 yaşım var. Axı, mənim anam necə sağ ola bilər?! Bu barədə yazılanların heç bir əsası yoxdur”, - deputat bildirib.

Qeyd edək ki, mətbuatda Cəbrayıldan olan millət vəkili Astan Şahverdiyevin Azərbaycandan köçməsi ilə bağlı xəbər yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru