Bakıda yeniyetmə məktəbin həyətində döyülüb

16-02-2018, 08:07           
Bakıda yeniyetmə məktəbin həyətində döyülüb
Xətai rayonunda 1 nəfərin döyülməsi ilə nəticələnən dava baş verib.

"Report" xəbər verir ki, hadisə axşam saatlarında 63 saylı orta məktəbin həyətində qeydə alınıb.

2003-cü il təvəllüdlü Cəfərli Əli Allahverdi oğlu tanışı ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ə.Cəfərli üz və bədən nahiyəsindən xəsarətlər alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun üz sümüyündə sınıq xəsarətləri aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunduqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi araşdırma aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru