Qarabağ döyüşçüsü vəfat etdi

16-02-2018, 16:26           
Qarabağ döyüşçüsü vəfat etdi
Qarabağ döyüşlərinin ilk könüllülərindən Eynulla Hüseynov dünyasını dəyişib

Bu barədə məlumatı Hurriyyet.org-a döyüşçünün dostu, jurnalist Elnur Eltürk verib:
“Dünən Qarabağ döyüşlərinin iştirakçısı,dostum Xanoğlan Heydərov məlumatı mənə verəndə çox pis oldum. Onu tanıyanda 16 yaşım var idi. Eynulla vətənpərvər insan idi. 22 yaşında döyüşlərə atılmışdı. Döyüş yolundan çox danışmazdı. Çox mərd və təvəzökar insan idi.
Ağdərə,Füzuli,Laçın istiqamətlərində ağır döyüş yolu keçmişdi. İlk və sonuncu komandiri Azərbaycanın Milli Qəhrəmanı,polkovnik mərhum Eldar Ağayev olmuşdur. Həmişə ondan çox danışardı. Müharibədən aldığı zərbələr öz işini gördü. Çox heyif ki, belə oğullarımızı tez itiririk”.
Qeyd edək ki, mərhum Göyçay rayonunda dəfn edilib.
Allah rəhmət eləsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru