İranda zəlzələ olub

16-02-2018, 23:25           

İranın qərb bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 17:54-də qeydə alınan yeraltı təkanların episentri Şuştər şəhərindən 17 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.