Azərbaycan Müdafiə Nazirliyi ermənilərin Tərtərdə atəşkəsi pozması və üç mülki şəxsin yaralanmasını TƏSDİQLƏYİB

1-09-2015, 17:44           
Azərbaycan Müdafiə Nazirliyi ermənilərin Tərtərdə atəşkəsi pozması və üç mülki şəxsin yaralanmasını TƏSDİQLƏYİB
Azərbaycanın Müdafiə Nazirliyi erməni silahlı bölmələrinin cəbhənin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində üç nəfər mülki şəxsin yaralanmasını təsdiqləyib.
Nazirliyin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, erməni silahlı birləşmələri cəbhənin Tərtər istiqamətində atəşkəs rejimini pozublar və rayonun Qapanlı kəndində keçirilən toy mərasimi çadırını atəşə tutublar. Nəticədə toyda iştirak edən üç mülki vətəndaş yaralanıb.
Qeyd edək ki, Qapanlı kənd sakini Barat Süleymanovun övladının kiçik toy mərasimi zamanı ermənilər toy mağarını atəşə tutub. Hadisə nəticəsində toyda iştirak edən Müşkünaz Əliyeva və Mədinə Tanrıverdiyeva bacıları və 3 yaşlı Zəhra Əlizadə güllə yarası alıb.
Hər üç yaralı xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru