Daha iki rayonda icra başçısı dəyişdirilir - Kimlər hara gedir...

3-09-2015, 12:08           
Daha iki rayonda icra başçısı dəyişdirilir - Kimlər hara gedir...
Dünən Sumqayıt, Abşeron, Səbail və Nəsimi rayon icra hakimiyyəti başçıları postunda dəyişiklik baş verdi. DİA.AZ-a hökumətdəki mənbələrdən daxil olan informasiyada qeyd olunur ki, proses bitməyib və bu günlərdə daha 2 rayona da yeni başçı təhin olunacaq.

Dia.az-a danışan qaynağın iddialarına görə, hazırda Siyəzən rayonuna rəhbərlik edən Arif Qasımov Bakının Nizami rayonuna başçı gətirilir.

Xatırladaq ki, dünən Arif Qasımovun Abşerona təyin olunacağı haqda xəbərlər yayılsa da, bu, özünü doğrultmadı.

Mənbə bildirir ki, Siyəzənə isə hazırda yerli İH-də çalışan müavinlərdən birinin təyinatı planlaşdırılır.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru