Ağcabədidə kredit təşkilatına basqın edənlərin başqa əməlləri də üzə çıxıb

3-09-2015, 12:11           
Ağcabədidə kredit təşkilatına basqın edənlərin başqa əməlləri də üzə çıxıb
Azərbaycanın Ağcabədi rayonunda kredit təşkilatına basqın edən şəxslərin kimliyi məlum olub.

Rayon Polis şöbəsindən APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri - 25 yaşlı Elmir Gülmalıyev, 24 yaşlı Cəmaləddin Hüseynov və 39 yaşlı Xəyal Talıbov hadisə yerində yaxalanıblar. Dindirilmə zamanı onlar kredit təşkilatına basqın etdiklərini etiraf ediblər.

Araşdırmalar nəticəsində dəstənin rayon ərazisində törətdiyi başqa cinayət əməlləri də aşkarlanıb. Qrup rayonun müxtəlif yerlərində 3 oxşar əməl törədib. Tutulanlardan basqınlar zamanı istifadə etdikləri maskalar, müxtəlif metal alətlər, dəmirkəsən və başqa bu kimi vəsaitlər maddi sübut kimi götürülüb. Hazırda Ağcabədi Rayon Polis Şöbəsinin istintaq bölməsində istintaq işi davam etdirilir.

Qeyd edək ki, bu il avqustun 31-də şəhər ərazisində yerləşən “Maliyyə İnkişaf” Qeyri-Bank Kredit Təşkilatına hücum olub. Üç nəfər maskalı şəxs gecə saatlarında kredit təşkilatının mühafizəçisinə hücum edərək, oğurluq etmək istəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.