Bakıda camaatı yolun ortasında soyub talayan “lotu”lar tutulub

4-09-2015, 12:42           
Bakıda camaatı yolun ortasında soyub talayan “lotu”lar tutulub
Bakıda camaatı yolun ortasında soyub talayan yeniyetmə və gənclərdən ibarət qrup aşkar edilib.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 2-də Neftçilər prospektində ayırı-ayırı saatlarda Bakı şəhər sakini Fərid Sadıyevi və Lerik rayon sakini Adil Zaidovu hədələyərək mobil telefonunları soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Kürdəmir rayon sakinləri – 1993-cü il təvəllüdlü Ricay Müşfiq oğlu Hidayətov, Hacıağa Sahib oğlu Həsənov, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Əli Mikayıl oğlu Hacıyev və Xaçmaz rayon sakini, 1998-ci il təvəllüdlü Rövşən Abdulşah oğlu Məmmədov tutulublar.

Şübhəli şəxslər ətrafında aparılan ilkin istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, onlar avqustun 30-da günorta saatlarında Neftçilər prospektində Bakı şəhər sakini Səttar Mehdiyevin etibarından sui-istifadə edərək mobil telefonunu dələduzluq yolu ilə talayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.