“Əgər şəhidin xanımı mənə müraciət etsəydi…” - Şərurlu İsfəndiyarın başı indi "Əhləd daşı"na dəydi?

29-03-2019, 20:11           
“Əgər şəhidin xanımı mənə müraciət etsəydi…” - Şərurlu İsfəndiyarın başı indi "Əhləd daşı"na dəydi?
Aprel şəhidi Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundovanın mənzilini əlindən almaqda ittiham olunan “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundov iddialara cavab verib.

İ.Axundov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Yeni Yasamalda yerləşən bina 11 il əvvəl “Kamran” MMC tərəfindən tikilib və yarımçıq qalıb: “Həmin şirkətin rəhbərliyi 97 mənzili 270 adama satmışdı, onlar məhkəmənin hökmü ilə 14-17 il müddətinə azadlıqdan məhrum ediliblər. Dövlət bu problemi həll etməyi mənə tapşırdı. “Şaiq” MTK binanı təhvil alıb tikintini tamamladı. Bir çox zərərçəkənə də oradan mənzil verildi. Mən də tikinti üçün çəkdiyim xərclərin qarşısında binadakı bəzi mənzil və obyektləri satdım.

Şəhid Sənan Axundovun qayınatası da mənzil yox, binanın birinci mərtəbəsindən qeyri-yaşayış obyekti alıbmış. Amma “Kamran” MMC-nin rəhbərliyinin ona verdiyi sənəd saxta olub. O şirkətin rəhbəri olan polis rəisi və istintaq şöbəsinin rəisi camaatın zəif damarından, dindən istifadə edib onları aldatmışdı. Həmin müqavilələrin yuxarı hissəsində “Bismillahir-rəhmanir-rəhim” yazılmışdı. Hansı rəsmi sənəddə dini kəlam yazılır? 8 il əvvəl də bütün məhkəmə instansiyaları həmin sənədin saxta olduğuna qərar verib. İndi Nəcibə xanım (şəhid Sənan Axundovun xanımı) istəyir ki, o sənədin saxta olmadığı deyilsin. Bu, nə mənim, nə də hakimin səlahiyyətindədir. Məhkəmənin qüvvəyə minmiş hökmü var, ekspert rəyi var. Biz bunu necə dəyişə bilərik? Hazırda həmin obyekt qanuni olaraq başqa bir adamındır və təmir edib, yaxın vaxtlarda mağaza kimi istifadə etmək istəyir.

Nəcibə xanımın adını mən bu gün mətbuatdan eşitdim, proses zamanı da məlumatım olmayıb. Çünki iddia bizə qarşı deyildi, biz üçüncü tərəf kimi maraqlı şəxs olaraq məhkəməyə cəlb olunmuşuq. Bununla hüquqşünaslar maraqlanıb, mənim xəbərim olmayıb. Əgər Nəcibə xanım mənə müraciət edib kömək etsəydi, əlimdən gələni edərdim”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.