Kanadada 612 min butılkadan kottec tikilib - FOTO

15-07-2019, 07:28           
Kanadada 612 min butılkadan kottec tikilib - FOTO
Kanadanın "JDComposites" şirkəti Yeni Şotlandiya (Kanada) əyalətində 612000 emal edilmiş şüşə qabdan şəhər kənarı kottec tikib.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, layihə nəinki emal edilmiş qablardan icra edilməsi ilə, həm də güclü qasırğa və küləyə davam gətirmək iqtidarında olması ilə maraqlıdır.

"Məqsədimiz bütün arzu edənlər üçün sifarişlə "xəyal evləri" tikməkdən ibarət deyil. Biz kütləvi satış üçün nəzərdə tutulmuş layihələr- yığcam evlər, talvarlar, sığınacaqlar, ofislər və yataq yerləri təkli fetmək istəyirik. Əlbəttə, təbii fəlakətlərdən qorunmaq üçün sığınacaq...", - deyə şirkətin həmtəsisçilərindən biri söyləyib.

Tikintinin qiyməti torpaq sahəsi də daxil olmaqla 373850 dollardır.

Hazır layihəyə böyük mətbəx, qonaq, üç yataq, iki vanna otağı, qapalı otaq daxildir.

İndi ev möhkəmlilik sınağından keçirilir. Yaradıcılar onun vaxt keçdikcə və fəal istismar zamanı necə köhnəlməsini öyrənmək istəyirlər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru