İranın Xəzər dənizi sahilində yerləşən Mazandaran əyalətində zəlzələ baş verib. Yeraltı təkanlar Mazandaran əyalətinin Neka şəhərində 4,2 bal gücündə qeydə alınıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar bölgədə təşvişə səbəb olub, sakinlər evlərini tərk edərək küçələrə çıxıblar.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.(apa)