Drakulanın dəhşətli xəstəliyinin sirri çözüləcək

23-11-2019, 09:00           
Drakulanın dəhşətli xəstəliyinin sirri çözüləcək
Lord Valaxiya Vlad III Tepesin gözündən göz yaşı əvəzinə qan gəlirmiş. Bu da onun xalq arasında qəmli şöhrətə sahib olmasına gətirib çıxarıb

Alimlər qraf Drakulanın prototipi olan və XV əsrdə yaşamış lord Valaxiya Vlad III Tepesin diaqnozunu müəyyən etməyə qərar veriblər. Sputnik Azərbaycan xəbər verir ki, tədqiqatın əsas mövzusu Rumıniya Milli Arxivindən götürülən tarixi xarakterli məktub olacaq.

Tepesin hemolakriya adlı qeyri-adi bir xəstəlikdən əziyyət çəkdiyi məlumdur. Onun gözündən göz yaşı əvəzinə qan gəlirmiş. Bu da onun xalq arasında qəmli şöhrətə sahib olmasına gətirib çıxarıb.

Qeyd edək ki, hemolokriya öz-özünə yaranmır. Hər hansı bir patologiyanın və ya xəsarətin nəticəsidir. Bura xroniki konjonktivit, hormonal pozğunluqlar, aterosklerozun ağır formaları və s. daxildir. “Drakulada” isə xəstəliyin yaranma səbəbi müəyyən edilməmişdi.

Layihə iştirakçıları Qleb Zilberstein və Pier Corcio Riqhetti əlyazmanı öyrənmək və vaxtilə dərmanların tərkib hissəsi olan kimyəvi maddələri müəyyənləşdirmək niyyətindədirlər. Beləliklə, onlar qrafı nəyin narahat etdiyini və nəyi müalicə etməyə çalışdığını müəyyən edə biləcəklər.

Bu üsul artıq praktikada sınaqdan keçirilib. Belə ki, bu üsulla Cakomo Kazanovanın qonoreyadan, Anton Çexovun vərəmdən və Mixail Bulqakovun isə böyrək çatışmazlığından əziyyət çəkdiyi müəyyən edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru