Çingiz Qənizadə seçicilərinə verdiyi vədlərə əməl edirmi?
23-02-2016, 21:14
Çingiz Qənizadə seçicilərinə verdiyi vədlərə əməl edirmi?Çingiz Qənizadə sözün əsl mənasında deputatlıq fəaliyyəti dövründə seçicilərin etimad və rəğbətini qazanmağı bacarıb
BTV-nin yayımladığı “Millət vəkilləri verdiyi vədlərə əməl edirmi?”adlı rubrikamız üçün bu dəfə Beyləqan rayonuna yollandıq.Rayonda səfərdə olarkən 80 saylı İmişli-Beyləqan seçki dairəsindən seçilən Çingiz Qənizadənin seçiciləri ilə görüşdük.Seçicilər Çingiz Qənizadə haqda yalnız xoş sözlər səsləndirdilər. Onlar həmçinin qeyd etdilər ki,deputat ehtıyacı olan əlilləri əlil arabası ilə təmin edib.Buna görə də ona xüsusi təşəkkür etdilər.
Sorğu zamanı aldığımız cavablardan belə nəticə çıxarmaq olar ki, Çingiz Qənizadə bir çox millət vəkillərindən fərqli olaraq öz seçicilərinin problem və qayğılarını daim diqqətdə saxlayır.Çingiz Qənizadə sözün əsl mənasında deputatlıq fəaliyyəti dövründə seçicilərin etimad və rəğbətini qazanmağı bacarıb.
Elə Biz rayonda çəkilişdə olduğumuz vaxtda da Çingiz Qənizadə hesabat yığıncağı üçün rayona səfər etmişdi.Millət vəkili btv-yə müsahibə verərkən bildirdi ki,hər il İcra Hakimiyyətində keçirilən hesabat yığıncağı üçün rayona gəlib və hesabat yığıncağına gəlməsinə baxmayaraq yerli sakinlərlə də görüşüb,onların problemləri ilə maraqlanacaq.
Qeyd edək ki, ilk dəfə 2010-cu ildə 80 saylı İmişli-Beyləqan seçki dairəsindən millət vəkili seçilən Çingiz Qənizadə ikinci dəfə də həmin dairədən deputat seçilib. O,Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.
teref.az