Ağdamda Vergi rəisinin uğurlu biznesi - adamın hər şeyi var amma...
24-02-2016, 19:11
Valeh Qasımov Qarabağın ən "imkanlı” sahibkarlarından sayılır.
Bu gün bölgələrdən daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, dövlət başçısı İlham Əliyevin ölkədə azad sahibkarlığın inkişafı yolunda yaradılan süni maneələrin aradan qaldırılması məqsədilə verdiyi göstəriş və tapşırıqlardan irəli gələn vəzifələrin icrası hələ də bir çox məmurlar tərəfindən məqsədyönlü şəkildə əngəllənməkdəir. Mövzuya dair ötən saylarımızda dərc olunmuş yazılarda da qeyd etdiyimiz kimi, son vaxtlar ölkədə azad sahibkarlıq mühitinin yaranmasına əngəl törədən vəzifə sahiblərinə qarşı həyata keçirilən mübarizə tədbirlərinin daha da sərtləşməsi bütün iş adamları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Ölkədə müşahidə olunan proseslər bunu deməyə əsas verir ki, son vaxtlara qədər qarşılaşdıqları haqsızlıqlar müqabilində daha çox susmağa üstünlük verən sahibkarlar, artıq öz hüquqlarının müdafiəsinə qalxıblar. Bu xüsusda ölkə mətbuatında yayımlanan məlumatlarda da vurğulanır ki, xüsusilə son bir ay ərzində yüzlərlə sahibkar tərəfindən Prezident Adminstrasiyasına, o cümlədən şəxsən prezident İlham Əliyevin adına çoxsaylı müraciətlər ünvanlanır və həmin müraciətlərdə onlardan heç bir əsas olmadan rüşvət tələb edən məmurların adları açıq-aşkar qeyd olunur.
O cümlədən, bu günlərdə daxil olan məlumatlarda da Bərdə şəhərində yerləşən Ağdam Rayon Vergi şöbəsinin rəisi, vergi xidməti müşaviri Valeh Qasımovun fəaliyyətində müşahidə olunan özbaşınalıqlardan bəhs edilir. Aldığımız açıqlamalarda sahibkarlıqla məşğul olan şəxslər Ağdam Rayon Vergi şöbəsindən ciddi narazılıqlarını ifadə edirlər. Təqdim olunan məlumata görə, Agdam və onun ətrafında aylıq 20-25 manat vergi ödəyən sahibkarlardan 50-70 manat əlavə haqq tələb olunur. Bu xüsusda aldığımız müraciətlərdən birində deyilir: "Sahibkarların sıxışdırılması üçün əsas kimi, vergi faiz dərəcələrinin artırılacağı göstərilir. Vergilərin 2%-dən 6%-ə qədər qalxacağını deyən idarə işçiləri, idarənin rəisi Valeh müəllimin göstərişi ilə sahibkarları hədələməkdən belə çəkinmirlər. Ölkə rəhbərliyi, şəxsən cənab prezident İlham Əliyev sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini nə qədər vurğulayırsa, iş adamlarını incitməməyi məmurlardan nə qədər çox tələb edirsə, Valeh Qasımovun işçiləri də bizi bir o qədər çox sıxışdırırlar. İlin əvvəlində, ortasında və sonunda gələn müfəttişlərin bizdən vergi adı ilə aldıqları pulu hesabladıqda məlum olur ki, il ərzində əldə etdiyimiz qazanclarımızı bütünlüklə Ağdam Vergi idarəsinin rəhbərliyinə vermişik. Ətraf rayonlardan Bərdəyə,Ağdam Vergi şöbəsinə gələn şikayətçilərin isə, ümumiyyətlə sözlərini eşidən yoxdur.
Onların bildirdiyinə görə, idarə rəhbərliyi bu kiçik sahibkarları qəbul etməkdən belə imtina edir...” Digər tərəfdən də, kaspixeber.az-a daxil olan başqa bir məlumatda mənbə Valeh Qasımovun azad rəqabət mühitinin boğulmasında hansı səbəbdən bu qədər maraqlı olduğuna dair maraqlı açıqlamalar verir. Açıqlamada deyilir: "Valeh Qasımov özü hal-hazırda Qarabağ bölgəsinin ən "uğurlu” sahibkarlarından biridir. Belə ki, bu məmurun Bərdədə,Ağdamda,Tərtərdə və ətraf ərazilərdə tikinti materialları mağazaları, ferması və restoranı fəaliyyət göstərir. Buna görə də, eyni profilli fəaliyyət növü ilə məşğul olan bütün digər sahibkarlar Valeh Qasımovun sərt təpgisi ilə üz-üzə qalırlar. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən bu məmur isə, həmin iş adamlarının biznesini çökdürmək üçün bütün vasitələrə əl atır”. Redaksiyamıza daxil olan məlumatlarda Valeh Qasımovun ailəsində baş vermiş xoşagəlməz hadisədən dolayı hüquq mühafizə orqqnlarına rüşvət verməyə məcbur olduğundan ona məxsus olan böyük mağazalardan birini satmışdığı bildirilir. Buna görə xeyli dərəcədə xərcə düşmüş rəis bu ziyanın yerini sahibkarlardan alınan rüşvət hesabına doldurmaq istəyir.
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.