Laçın təhsilinin şefinin «dalağı» niyə «sancıb?

3-03-2016, 21:49           
Laçın təhsilinin şefinin «dalağı» niyə «sancıb?
Malik Vəliyev məktəb direktorlarını başına toplayaraq, yoxlamanın gələcəyindən xəbər verib, nazirliyə isə ona xəbərlər ötürdüyünə görə təşəkkür edib

Bu gün Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev orta məktəb direktorlarının iştirakı ilə şura iclası keçirib. Bakunews.az bildirir ki, bu barədə JAM.AZ-a rayon müəllimləri məlumat verib.

Məlumatda deyilir ki, şuranın iclasında bir sıra məsələlər müzakirə olunub. Lakin yığıncağın keçirilməsinin əsas səbəbi heç də təhsil sektorundakı mövcud neqativ halların aradan qaldırılması olmayıb. Məlumatda deyilir ki, təhsil şöbəsinin müdiri direktorlara xəbər verib ki, bəs, məktəblərdəki dərnəklərin fəaliyyəti yoxlanılacaq. «Malik Vəliyev onlara deyib ki, Maliyyə Nazirliyi yoxlama aparacaq. Bu səbəbdən də dərnək rəhbərləri indidən iş üzrə hazırlanmış sənədləri qaydasına salmalıdır. Çünki ortada kifayət qədər ciddi maliyyə maxinasiyaların olması faktı var».

İşin ən ilginc tərəfi isə Malik Həsənovun sonda söylədiyi fikirlər olub. JAM.AZ xəbər verir ki, Laçın rayon Təhsil Şöbəsinin müdiri şikayətçilərin nazirliyə yazdığı şikayətlər barədə əvvəlcədən xəbər verdiyinə, habelə mövcud düzəlişləri vaxtında aparmaq üçün yol göstərdiyinə görə, Təhsil Nazirliyinə minnətdarlıq edib. Məlum olub ki, şöbə müdirinin nazirlikdəki adamı vaxtlı vaxtında ona məlumatlar verərək, həmin neqativ halların hansı yollarla aradan qaldırılmasını başa salırmış. Üstəlik, şikayət edən şəxslərin də kimliyi barədə məlumat verərək, onlarla bağlı tədbir görməsini məsləhət bilirmiş.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.