“Güvən” Klinikasında türk həkimin fırıldağı

3-03-2016, 22:39           
“Güvən” Klinikasında türk həkimin fırıldağı
Öndər Tulumbaci azərbaycanlı xanımı sadəcə, kəsib-doğrayıb, pulunu isə geri vermir

Redaksiyamıza müraciət edən Sadıqova Həlima Qaraş qızı normal təbii istəyinin – övlad sahibi olma arzusunun qurbanı olduğunu deyir.TEREF.İNFO xəbər verir ki, vətəndaş DİA.AZ-a bildirir ki, tez-tez reklamının şahidi olduğu “HB Güven” klinikasına da bu məqsədlə müraciət edib.

Qeyd edək ki, bu klinika daha çox türkiyəli həkim Öndər Tulumbaci ilə reklam olunur. Reklamlarda deyilənlərə inansaq, Ö.Tulumbaci Türkiyədə tanınmış ginekoloq, hətta sonsuzluqla bağlı elmi araşdırmaların müəllifidir. Bu həkimin qəbuluna düşməyin qiyməti əvvəllər 40 manat idisə, bahalaşmadan sonra bu məbləğ ikiqat artaraq 80 manata çatdırılıb. Deməli, eyni qaydada digər təklif olunan xidmətlər də ikiqat bahalaşıb.

Narazı vətəndaş bildirir ki, Öndər Tulumbaci onu da əməliyyat edib: “Amma sonradan UZİ-dən keçəndə aydın olur ki, mənim üzərimdə heç bir əməliyyat aparılmayıb. Yəni heç bir tibbi müdaxilə olmayıb. Sadəcə kəsiblər və tikiblər”.
Narazı vətəndaşın sözlərinə görə, indi də bu fırıldağa görə, həm səhiyyə nazirliyinə və həm də Baş prokurorluğa müraciət etməyə hazırlaşır: “Çünki pulumu geri tələb etmək istəsəm də, məni Öndər həkimin yanına buraxmırlar”.

Onu da bildirək ki, Öndər Tulumbacinin adı Azərbaycanda kifayət qədər tanınandır və bu həkimdən onlarla şikayət mövcuddur.

Mövzu diqqətimizdədir, qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.