Fazil Məmmədov da dollar yığırmış... - Nazir milli valyutamızı nədən hörmətdən salır?

9-03-2016, 12:02           
Fazil Məmmədov da dollar yığırmış... - Nazir milli valyutamızı nədən hörmətdən salır?
Vergilər Nazirliyi son günlər sahibkarlıq subyektlərində apardıqları yoxlamalardan sonra yeni tələblə çıxış etməyə başlayıblar. JAM.AZ-a verilən məlumata görə, rayonlarda bütün dükan və bazar sahiblərinə xəbərdarlıq edilib ki, bundan sonra vergiləri manatla deyil, dollarla ödəməli olacaqlar.

6 saylı Regional Vergilər İdarəsi, habelə bir çox əyalət idarələrində artıq sahibkarlardan verginin dollarla ödənilməsinə dair xəbərdarlıqların edildiyinə dair xəbərlər gəlməkdədir. Həmin xəbərlərdə vurğulanır ki, Cənub bölgəsində, habelə Aran zonasında, o cümlədən Gəncəbasarda vergi müfəttişləri yerli sahibkarlara bu şəkildə xəbərdarlıqlar etməkdədirlər.

Qeyd edək ki, son dövrlər ölkədə dollar qıtlığının yaranması və dövlətin valyuta rezervlərinin azalması səbəbindən nazirliyin belə bir addım atması mümkün görünür. Çünki ölkəyə valyuta gətirən dövlət qurumları arasında Vergilər Nazirliyi də var. Amma bu valyutagətirmə prosesi daxili imkanların hesabına həyata keçirilmir və qanunla da qadağan edilən haldır.

Vergi məsələləri üzrə tanınmış ekspert Elçin Qurbanov məsələni JAM.AZ-a şərh edərkən bildirib ki, Vergilər Nazirliyinin belə bir qərar və ya tapşırıq verməsinə qəti inanmır. Onun sözlərinə görə, bu, hansısa vergi müfəttişinin və ya regional idarə rəsmisinin şəxsi təşəbbüsü ola bilər.

Qurbanov qeyd edir ki, heç qanunda vergilərin xarici valyuta ilə yığılmasına imkan vermir. «Azərbaycan Respublikasının ərazisində yeganə ödəniş vasitəsi Azərbaycan manatıdır. «Vergi Məcəlləsi»nin 9-cu maddəsində də birmənalı olaraq qeyd edilir ki, ölkə ərazisində vergilər Azərbaycan Respublikasının pul vahidi- manatla hesablanır və ödənilir».

Nazirliyin də bununla bağlı mövqeyini dərc etməyə hazırıq.
Tumar
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.