“Space” TV məhkəməyə verildi - Borcunu ödəmir

7-10-2021, 10:58           
“Space” TV məhkəməyə verildi -
"Space” teleradio şirkəti "Azərbeynəlxalq audit xidməti” MMC tərəfindən məhkəməyə verilib.

Sfera.az xəbər verir ki, göstərdiyi audit xidmətinin ödənişini ala bilməyən MMC rəhbərliyi məhkəməyə müraciət edib. Bakı Kommersiya Məhkəməsində icraata götürülən işə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.

Audit Xidmətindən verilən məlumata görə, onlarla müqaviləni "Space” TV-nin keçmiş icraçı direktoru, Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyev bağlayıbmış.

Qeyd edək ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası Kamil Şahverdiyevə tapşırılıb. May ayından isə bu vəzifəyə "Azərbaycanfilm" kinostudiyasının keçmiş direktoru Müşfiq Hətəmov təyin olunub.

(Qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru