Bakıdan Naxçıvana sərnişin avtobusları işləyirmi? - Avtovağzaldan açıqlama

8-10-2021, 07:26           
Bakıdan Naxçıvana sərnişin avtobusları işləyirmi? -
Oktyabrın 5-dən etibarən İran öz ərazisinin üzərindən Azərbaycanın hərbi və mülkü təyyarələrinin Naxçıvan Muxtar Respublikasına (NMR) uçuşlarına qadağa qoyub. Bu qərardan dərhal sonra Ermənistan öz hava məkanını Azərbaycan təyyarələri üçün açıb. Hazırda Bakı-Naxçıvan istiqamətindəki uçuşlar İranın deyil, Ermənistanın üzərindən həyata keçirilir.

Qeyd edək ki, Azərbaycandan NMR-la həm də İran ərazisi vasitəsi ilə sərnişindaşıma da həyata keçirilir. Qonşu ölkənin qoyduğu qadağa bu xidmətə də şamil edilibmi?

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən "AzPolitika.info"nun sorğusuna cavab olaraq bildirildi ki, İran ərazisindən keçən, Bakı- Naxçıvan istiqamətində hərəkət edən avtobus reysləri gündəlik sərnişindaşıma fəaliyyətini davam etdirir. Məlumatda qeyd olunur ki, gün ərzində iki dəfə olmaqla saat 9:00 və 9:15-də avtobuslar Muxtar Respublikaya yola düşür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.