Əfqanıstanda toylarda canlı musiqilər qadağan edildi

8-10-2021, 08:11           
Əfqanıstanda toylarda canlı musiqilər qadağan edildi
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ölkədə toyların keçirilməsi qaydalarını müəyyən edib. Bu qaydalardan birinə görə, şənliklər zamanı canlı musiqi qadağandır.

Bu barədə Əfqanıstan Beynəlxalq telekanalı məlumat yayıb.

Bildirilir ki, bayram yeməyindən əvvəl kəbin mərasimi də qadağan edilib, həmçinin qadın və kişilərin mərasimi fərqli otaqlarda qeyd etmələri barədə göstəriş verilib.

Əfqanların çoxu üçün toy həyatdakı əsas hadisə sayılır və üç gün davam edir. Bəzən bir neçə yüzə qədər qonağın qatıldığı mərasimin şərəfinə ənənəvi olaraq zəngin süfrələr açılır və bahalı hədiyyələr hazırlanır; varlı ailələrdə bunlar torpaq sahələri, avtomobillər və hətta evlər ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru