Laçınlılardan prezidentə ŞOK müraciət etdi:"Bizə muharibə görmüş başçı lazımdır!"
16-03-2016, 12:37
Laçın sakinlərindən yeni başçı ilə bağlı prezidentə ŞOK MÜRACİƏT
Bir qrup Laçın rayon sakini adından teref.az-ya müraciət olunub. Müraciət edən Laçınlıların prezident İlham Əliyevdən xahişləri var.
Müraciətdə deyilir: «Cənab prezident. Bizim rayonumuz işğal altındadır. Bu gün isə hər bir Laçınlı doğma torpaqlarına dönəcəyi günü səbirsizliklə, həsrətlə gözləyir. Hər zaman Laçınlılar savaş, yenidən döyüşmək əhval-ruhiyyəsindədirlər.
Ona görə də bu rayonun az qala hərbi rejimdə idarə olunması, hərbi vətənpərvərlik ruhunun hakim olması bizə görə ən vacib şərtlərdəndir.
Amma bu gün təəssüflər olsun ki, Laçın rayon icra hakimiyyətinin rəhbərliyi müvəqqəti də olsa elə bir adama həvalə olunub ki, onunla nəinki hansısa Laçınlı qürur duya bilməz, hətta sabah savaş başlayacağı təqdirdə onun arxa sıralarda belə dayanacağına inamımız yoxdur.
Hərbi xidmətdə olmayan Aqil Nəzərlinin bu gün vəzifə başına hansı yollarla, hansı üsullarla keçdiyini Laçında bilməyən yoxdur.
Cənab prezident. Sizdən xahiş edirik. Rayonumuza yeni rəhbər təyinatı zamanı biz laçınlıların istəyini nəzərə alın və bizə mürahbədən qorxan yox, mürahibəni həyat tərzi kimi görən rəhbər göndərin. Çünki bu gün Laçınlıların tək istəyi ata-baba yurduna qayıtmaq, ölənlərinin məzarlarını yenidən ziyarət etməkdir».
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az