Vaxtanq Kikabidze Putinin gələcək taleyilə bağlı proqnoz verdi

21-04-2022, 10:47           
Vaxtanq Kikabidze Putinin gələcək taleyilə bağlı proqnoz verdi
Gürcü aktyoru, rejissoru və müğənnisi Vaxtanq Kikabidze Ukraynanı qətiyyətlə dəstəkləyən, Rusiyanın bu ölkəyə təcavüzünü pisləyən sənətçilərdəndir.

O, yeni müsahibəsində Rusiya prezidenti Vladimir Putinin gələcək taleyilə bağlı proqnoz verib.

Kikabidzenin fikrincə, dövlət başçısı ya yaxın ətrafı tərəfindən devriləcək, ya da Ukraynada törətdiyi cinayətlərə görə onu Tanrı cəzalandıracaq.

“Biz hamımız xristianıq. Əgər O (tanrı – red.), həqiqətən də mövcuddursa, hər şeyi görür. Tarix ağ-qara yazılıb. Ona görə də bütün pis işlər cəzalandırılır. Tarix artıq bunu sübit edib. Mən buna əminəm. Onun geri qayıtması çox çətin olacaq”, - deyə aktyor bildirib.

Kikabidze əmindir ki, Putinin səhhətində mütləq problemlər var. Çünki heç bir sağlam şəxs yaxın qonşuya - müstəqil və suveren dövlətə qarşı belə vəhşiliklərə icazə verə bilməz.

Mənbə: segodnya.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru