“Binance” kriptobirjası Rusiyadan olan istifadəçilərin girişini məhdudlaşdıracaq

21-04-2022, 12:37           
“Binance” kriptobirjası Rusiyadan olan istifadəçilərin girişini məhdudlaşdıracaq
“Binance” kriptobirjası Rusiyada yaşayan və 10 min avrodan çox dəyərində aktivlərə malik istifadəçilərin xidmətlərdən istifadəsini məhdudlaşdıracaq. Bu meyarlara uyğun gələn müştərilər yalnız vəsaiti çıxarmaq funksiyasından istifadə edə biləcəklər.

“Report” RBK-ya istinadən xəbər verir ki, sözügedən məhdudiyyətin tətbiq olunacağı istifadəçilər ticarət edə və ya hesablarına əlavə vəsait yerləşdirə bilməyəcəklər.

Bununla belə, “Binance” hələlik Rusiyada fəaliyyətini dayandırmaq niyyətində deyil, lakin beynəlxalq ictimaiyyət tələb edərsə, sanskiyaları dəstəkləyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru