İlon Mask: Marsda insanların həyatı çətin olacaq

22-04-2022, 11:17           
İlon Mask: Marsda insanların həyatı çətin olacaq
“SpaceX” şirkətinin qurucusu İlon Mask Marsın məskunlaşmasının bəşəriyyət üçün ciddi sınaq olacağını bildirib.

Teref.azAZƏRTAC-a istinadən xəbər verir ki, başqa planetə köçmək qərarına gələn insanların həyatını təsvir edən sahibkar Marsı tədqiq etmək istəyən insanları XX əsrin əvvəllərindəki Antarktidanı fəth etmək çağırışları ilə müqayisə edib: “Marsda həyatın, xüsusən də başlanğıcda dəbdəbəli olmayacağını vurğulamaq çox vacibdir”, - deyən İ.Maskın sözlərinə görə, bu, təhlükəlidir, ora narahatdır, geri qayıtmaq ehtimalı da azdır.

Sahibkar, həmçinin qeyd edib ki, Marsın müstəmləkəçiləri rahat yaşayış şəraitinə arxalana bilməyəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru