Azərbaycanda DƏHŞƏT: Ata 11 aylıq körpəsini qəsdən yerə çırpdı

27-04-2022, 08:07           
Azərbaycanda DƏHŞƏT: Ata 11 aylıq körpəsini qəsdən yerə çırpdı
Bakıda ata 11 aylıq övladını yerə çırpıb.
Teref Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 21 radələrində Yasamal rayonunun 4-cü Yasamal adı ilə tanınan Xaqani Dadaşov küçəsində baş verib.

Bildirilib ki, ata E.A. 11 aylıq körpəsini qəsdən yerə çırpıb. Uşaq ağır kəllə beyin travması alıb, baş nahiyəsi ciddi şəkildə zədələnib. Uşaq Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən E.A. tutularaq istintaqa təhvil verilib.

Uşağın vəziyyətinin çox ağır olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru