Paşinyanın korteji hamilə qadını öldürdü - VİDEO

27-04-2022, 08:22           
Paşinyanın korteji hamilə qadını öldürdü - VİDEO
Bir neçə saat öncə polis maşını İrəvanın Paronyan küçəsində hamilə bir qadını vurub.

Herbiand.az Azvision-a istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumat yayan yerli media qadının Nairi Tibb Mərkəzində dünyasını dəyişdiyini yazıb. Tibb mərkəzi faktı təsdiqləyib.

- Qadın mərkəzə gətirilən zaman sağ idi. Lakin zərərçəkmişi xilas etmək mümkün olmayıb, - qəbul şöbəsinin işçisi yerli mediaya açıqlamasında deyib.

Qeyd edək ki, bir müddət öncə yerli media hökumət rəhbərlərindən birinə məxsus kortej avtomobilinin adam vurması barədə məlumat yaymışdı. Saytlar ölkədə nadir şəxslərin kortejlə gəzdiyini əsas gətirərək insidenti baş nazir Nikol Paşinyanın kortejini müşayitə edən yol polisinin üzərinə atıblar.

"Yerevan.Today" hadisə şahidlərinə istinadən yazıb ki, baş nazir Nikol Paşinyanın kortejinin önündə gedən avtomobil hamilə qadını vurduqdan sonra hətta dayanmayıb.

Polisin mətbuat xidməti isə qısa olaraq hadisənin yol polisi maşını tərəfindən törədildiyini deyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru