Belarusda Rusiyanın iştirakı ilə hava hücumundan müdafiə təlimləri başlayıb

27-04-2022, 10:23           
Belarusda Rusiyanın iştirakı ilə hava hücumundan müdafiə təlimləri başlayıb
Belarusda Rusiyanın iştirakı ilə hərbi təlimlər başlayıb.

Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, aprelin 26-dan 29-dək Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında qərargah təlimləri keçiriləcək. Onlara Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Assosiasiyasının rəsmiləri cəlb olunacaq.

“Operativ hazırlıq tədbiri zamanı hərbi hissə və bölmələr üçün HHM və aviasiyanın idarəetmə orqanlarında fəaliyyətlərin planlaşdırılması, həmçinin tapşırıqların müəyyən edilməsi zamanı qarşılıqlı əlaqə məsələləri işlənir”, - deyə məlumatda vurğulanıb.

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru