Polşalı kişi ürəyini ukraynalı qadına VERDİ

4-05-2022, 08:26           
Polşalı kişi ürəyini ukraynalı qadına VERDİ
Polşalı kişi ürəyini Lvov vilayətindən olan 36 yaşlı Yuliya Skipə bağışlayıb.

Manşet.az xəbər verir ki, bu, Polşada Ukrayna vətəndaşları üçün ilk orqan transplantasiyası əməliyyatıdır.

Ukrayna müxtəlif ölkələrdə transplantasiya proseslərinin əlaqələndirilməsi üzrə beynəlxalq təşkilatların üzvü olmadığından əvvəllər belə əməliyyatı həyata keçirmək mümkün olmayıb.

Yuliya uzun müddət ürək çatışmazlığından əziyyət çəkib. Onun ürəyi kardiomiopatiya səbəbindən bədəni qanla tam təmin edə bilməyib. Xanım müharibə səbəbindən Polşaya üz tutub.

Bir milyondan çox ukraynalı qaçqına sığınacaq verən polyaklar artıq onların da yerli sakinlərlə eyni müəlicə hüququna malik olduqlarını bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru