100 dollardan aşağı düşən neft yenidən bahalaşır

11-05-2022, 10:41           
100 dollardan aşağı düşən neft yenidən bahalaşır
Neft ardıcıl ucuzlaşmadan sonra yenidən bahalaşıb.

“Ölkə.Az” xəbər verir ki, çərşənbə günü neft Avropa İttifaqının Rusiya neftinə qoyulan qadağaya dəstək qazanmağa çalışması və əsas istehsalçıların tələb artdıqda boşluğu doldurmaq üçün çətinlik yaşaya biləcəkləri ilə bağlı xəbərdarlığının ardından iki sessiyaya nisbətən 9% ucuzlaşdıqdan sonra yüksəlişə keçirib.

“Brent” markalı neftin dəyəri 1,42 dollar və ya 1,4% artaraq barreli 103,88 dollara, ABŞ-ın Qərbi Texas nefti isə 1,23 dollar və ya 1,2% bahalaşaraq 100,99 dollar/barelə çatıb.

Qeyd edək ki, ABŞ xam neftinin qiyməti çərşənbə axşamı bir barel üçün 100 dollardan aşağı həddə qərarlaşaraq iki həftənin ən aşağı səviyyəsinə enmişdi. Buna səbəb Çindəki koronavirus məhdudiyyətləri və artan tənəzzül riskləri, möhkəmlənən dolların xam nefti digər valyutalardan istifadə edən alıcılar üçün bahalaşdırması idi.

Belə ki, ABŞ-ın Qərbi Texas nefti 3,33 dollar və ya 3,2% ucuzlaşaraq 99,76 dollar, “Brent” markalı neft isə 3,48 dollar və ya 3,28% ucuzlaşaraq 102,46 dollar/barel olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.