“Papağını nəcisinlə doldurub komandirinin başına keçir… ”-Rus ata hərbçi oğluna…

12-05-2022, 08:13           
“Papağını nəcisinlə doldurub komandirinin başına keçir…
Rusiya əsgərləri artıq komandirlərinə etibar etmirlər və demək olar ki, açıq itaətsizliyə və qiyama hazırdırlar.

Teref.az xəbər verir ki, bu, Ukrayna Təhlükəsizlik Xidmətinin(UTX) işğalçıların “tutduğu” yeni telefon danışıqlarından bəlli olur.

“Onlar dayanıb, atəşə tutulurlar, alay komandiri isə “Geri çəkilmək olmaz!” deyir. Özü də divanda oturub, yəqin ki araq içir…”, – Rusiya işğalçısı atasına belə deyir.
O, bölməsi ilə birlikdə Xarkov vilayətində sağ qalmağa çalışır…

Qəzəblənən kişi oğluna həyatını riskə atmamağı, əmrə tabe olmamağı tövsiyə edir. Və komandirlərdən belə bir münasibətə görə qisas almaq üçün məsləhət görür: “Sən aradan çıxan kimi paqonlarını çıxar, başındakı papağı nəcisinlə doldurub batalyon komandirinin, yaxud briqada komandirinin başına keçir… Qoy rədd olsunlar belə müharibə ilə…”
“Çünki gec də olsa, Rusiya işğalçısının atasının ağlına gəlib ki, “gözəl, güclü komandirlər yalnız televiziyadadır”, – deyə UTX-dan əlavə ediblər.moderator












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru