Dollar son 20 ilin ən yüksək həddinə yaxınlaşır

12-05-2022, 09:52           
Dollar son 20 ilin ən yüksək həddinə yaxınlaşır
ABŞ dolları son 20 ilin ən yüksək həddinə yaxınlaşıb.

"Ölkə.Az"ın məlumatına görə, buna səbəb ABŞ-da inflyasiya həddinin gözlədiyindən daha az aşağı enməsi və Federal Ehtiyat Sisteminin (FED) aqressiv şəkildə pul siyasətini sərtləşdirməyə davam edəcəyi gözləntiləri olub.

Dollar indeksi cümə axşamı günü təxminən 0,1% geriləyərək 103,92 səviyyəsinə geriləsə də, 2002-ci ilin sonundan bəri ilk dəfə həftənin əvvəlində əldə edilən 104,19 səviyyəsinə yaxın olub.

Qeyd edək ki, istehlakçı qiymətləri indeksi aprel ayında illik olaraq 8,3%-ə yüksəlib, mart ayındakı 8,5% hədindən aşağı düşsə də, iqtisadçıların 8,1%-lik gözləntilərini aşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru