"Rusiya qoşunları Xarkovdan çıxarılıb" - BRİTANİYA KƏŞFİYYATI

12-05-2022, 10:47           
"Rusiya qoşunları Xarkovdan çıxarılıb" -
“Ukrayna ordusu Xarkovun şimalında əks-hücum əməliyyatlarını davam etdirir. Onlar Rusiya sərhədinə doğru bir neçə şəhər və kəndi geri alıb”.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat məlumatında qeyd olunub.

Bildirilib ki, ilk vaxtlar Rusiya qoşunları Xarkovu mühasirəyə alsa da, ciddi itkilər veriblər: "Nəticədə itkiləri bərpa etməkdən ötrü ərazidən çıxmalı olublar. Bölmələr yendiən qruplaşdırıldıqdan sonra, çox güman ki, Siverski Donetsk çayının şərq sahilinə yerləşdiriləcək".

"Rusiya qüvvələrinin Xarkov vilayətindən çıxarılması onların Ukraynanın əsas şəhərlərini ələ keçirə bilməmələrinin göstəricisidir", - məlumatda bildirilib./report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru